Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Hüquqi maarifləndirməyə həsr olunmuş tədbir təşkil olunub

17.06.2026

İyunun 17-də Lənkəran rayon Mərkəzi Kitabxanasında “İnsan hüquqları aylığı” çərçivəsində “Hüquqlarımızın qorunması güclü dövlətin təminatıdır” mövzusunda maarifləndirici tədbir təşkil olunub. Tədbirdə insan hüquqlarının qorunmasının cəmiyyətin inkişafında mühüm rol oynadığı diqqətə çatdırılıb. Bildirilib ki, insan hüquq və azadlıqlarının müdafiəsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Həmçinin hüquqi maarifləndirmənin əhəmiyyəti vurğulanaraq ölkəmizdə insan hüquqlarının müdafiəsi, qanunun aliliyinin təmin olunması və vətəndaşların hüquq və azadlıqlarının etibarlı şəkildə qorunması sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Sonda hüquq və vəzifələr ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.