15.06.2026
Masallı Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan rəsm sərgi təşkil olunub. Sərgi Masallı "ASAN xidmət" mərkəzinin ərazisində açıq məkanda ziyarətçilərə təqdim olunub. Tədbirdə rəssamların vətənpərvərlik, dövlətçilik və milli dəyərlər mövzularında hazırladıqları əsərlər nümayiş etdirilib. Sərginin məqsədi Milli Qurtuluş Gününün əhəmiyyətini təbliğ etmək, milli-mənəvi dəyərləri və incəsənəti geniş ictimaiyyətə çatdırmaq olub. Ziyarətçilər sərgi ilə yaxından tanış olublar və nümayiş etdirilən əsərlər böyük maraqla qarşılanaraq xoş təəssürat yaradıb.