09.06.2026
İyunun 9-da Yardımlı rayon Heydər Əliyev Mərkəzi, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Yardımlı rayon sektoru və Yardımlı Peşə Məktəbinin birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşdan Zəfərə aparan yol” adlı gənclərlə görüş keçirilib. Tədbirdə adıçəkilən qurumların rəhbərləri və əməkdaşları, Köryədi kənd orta məktəbinin şagirdləri, Yardımlı Peşə Məktəbinin tələbələri iştirak ediblər. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Tədbirdə Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik tariximizdəki müstəsna xidmətləri, ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təmin olunmasında oynadığı rol barədə məlumat verilib. Qeyd olunub ki, Ulu Öndərin müəyyən etdiyi siyasi kursun uğurla davam etdirilməsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edərək tarixi Zəfərə imza atıb. Tədbirin sonunda iştirakçılar Milli Qurtuluş Gününə və Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sərgi ilə tanış olublar.