Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Tarix yazan qayıdış” adlı səyyar sərgi təqdim olunub

10.06.2026

İyunun 10-da Yardımlı rayon Heydər Əliyev Mərkəzinin və Köryədi kənd İ.N.Sadıqov adına ümumi orta məktəbin birgə təşkilatçılığı ilə məktəbin ərazisində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Tarix yazan Qayıdış” adlı səyyar sərgi və maarifləndirici tədbir keçirilib. Tədbir çərçivəsində təşkil olunan sərgidə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafına göstərdiyi diqqət və qayğısını, eləcə də dövlətçilik siyasətindəki mühüm xidmətlərini əks etdirən fotoşəkillər nümayiş olunub. İştirakçılar sərgi ilə tanış olaraq Ulu Öndərin zəngin irsi və mədəniyyət siyasəti barədə ətraflı məlumat əldə ediblər. Daha sonra çıxışlarda Milli Qurtuluş Gününün Azərbaycan tarixindəki müstəsna əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ölkəni siyasi böhran və parçalanma təhlükəsindən xilas edərək müstəqil dövlətçiliyin möhkəmləndirilməsində həlledici rol oynayıb. Sonda isə tədbirin əsas məqsədinin gənc nəslin milli dövlətçilik tarixi, Ümummilli Lider Heydər Əliyevin zəngin irsi və Milli Qurtuluş Gününün əhəmiyyəti barədə daha geniş məlumatlandırılması olduğu vurğulanıb.