Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lerikdə mədəniyyət müəssisələrinin fəaliyyəti və qarşıda duran vəzifələr müzakirə olunub

05.06.2026

İyunun 5-də Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov Lerik rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşlarının iştirakı ilə seminar-müşavirə keçirib. İlk olaraq Mədəniyyət Mərkəzi və Lerik Dövlət Rəsm Qalereyasının birgə təşkil etdiyi “Fövqəladə hallar, uşaqların gözü ilə” adlı sərgiyə baxış keçirilib. Daha sonra seminar-müşavirə işinə başlanılıb. İclasın gündəliyinə uyğun olaraq bir sıra mühüm məsələlər müzakirə olunub. İdarə rəisi “Azərbaycan Mədəniyyəti – 2040” konsepsiyası və onun icrası istiqamətləri, eləcə də müvafiq dövlət proqramlarının həyata keçirilməsi ilə bağlı məsələlərdən danışıb. Eyni zamanda sahədə aparılan optimallaşdırma tədbirləri, rotasiya və attestasiya ilə bağlı məsələlərdən bəhs olunub, əmək intizamının gücləndirilməsi, monitorinqlərin təşkili və onların nəticələri barədə fikir mübadiləsi aparılıb. Bununla yanaşı, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr də gündəmə gətirilərək müvafiq tapşırıqlar və tövsiyələr verilib. Sonda seminar-müşavirənin nəticələri ümumiləşdirilib və gələcək fəaliyyət istiqamətləri ilə bağlı qeydlər aparılıb.