04.06.2026
İyunun 4-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində 15 İyun – Milli Qurtuluş Günü münasibətilə “Qurtuluşdan Zəfərə: Heydər Əliyev İrsi” adlı sərgi təşkil olunub. Sərgidə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması, elm, təhsil, mədəniyyət və digər sahələrin inkişafına verdiyi töhfələri əks etdirən fotoşəkillər və müxtəlif mövzuları əhatə edən stendlər nümayiş etdirilir. Tədbirin əsas məqsədi ziyarətçiləri Heydər Əliyevin zəngin siyasi və dövlətçilik irsi ilə yaxından tanış etmək, həmçinin Milli Qurtuluş Gününün ölkəmizin tarixindəki mühüm əhəmiyyətini diqqətə çatdırmaqdır. Sərgidə təqdim olunan materiallar Ulu Öndərin dövlət müstəqilliyinin qorunması, xalqın rifahının yüksəldilməsi və Azərbaycanın hərtərəfli inkişafı istiqamətində həyata keçirdiyi fəaliyyətləri əks etdirir. Qeyd edək ki, sərgi iyunun 20-dək fəaliyyət göstərəcək və ziyarətçilərin üzünə açıq olacaq.