Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İnsan hüquqları aylığı çərçivəsində maarifləndirici təlim təşkil olunub

04.06.2026

İyunun 4-də Masallı rayon Heydər Əliyev Mərkəzi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Masallı Rayon Komitəsinin Qadınlarla İş Komitəsinin birgə təşkilatçılığı ilə İnsan hüquqları aylığı çərçivəsində mədəniyyət və təhsil sahəsində çalışan xanımlar üçün “İnsan hüquqları və bərabərlik” mövzusunda təlim keçirilib.Təlim mentor və təlimçi Orxan Əliyev tərəfindən aparılıb. Tədbirdə insan hüquqlarının mahiyyəti, gender bərabərliyi və cəmiyyətdə bərabər imkanların təmin edilməsinin əhəmiyyəti barədə ətraflı məlumat verilib. Təlim zamanı iştirakçıların mövzu üzrə bilik və bacarıqlarının artırılması məqsədilə müxtəlif praktik çalışmalar, qrup müzakirələri və interaktiv tapşırıqlar təşkil olunub. İştirakçılar təqdim olunan mövzular ətrafında fikir mübadiləsi apararaq praktiki nümunələr üzərində işləyiblər. Sonda təlim proqramını uğurla başa vuran bütün iştirakçılara sertifikatlar təqdim olunub. Təlimin nəticəsi olaraq iştirakçıların insan hüquqları və bərabərlik sahəsində məlumatlılığı artırılıb, hüquq və vəzifələri barədə bilikləri möhkəmləndirilib, mövzuya dair praktiki bacarıqları inkişaf etdirilib.