Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lənkəranda gənclər üçün “Game Jam” hakatonu keçirilib

04.06.2026

Lənkəran rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərəfindən gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə “Game Jam” hakatonu təşkil olunub. Tədbir Uşaq və gənclər arasında mədəniyyətlə bağlı imkanların və kommunikasiya modellərinin təbliği mövzusuna həsr olunub. Hakatonun əsas məqsədi gənclərin yaradıcı düşüncə qabiliyyətinin inkişaf etdirilməsi, komanda ilə işləmə bacarıqlarının artırılması, innovativ ideyaların formalaşdırılmasına dəstək göstərilməsi və onların müasir biliklərə yiyələnməsinə şərait yaratmaq olub. Hakaton çərçivəsində iştirakçılar layihə yazılması qaydalarını öyrənib, startup fəaliyyəti haqqında ilkin biliklər əldə edib, həmçinin komanda işi və birgə fəaliyyət sahəsində təcrübə qazanıblar. Tədbir zamanı gənclər arasında fikir mübadiləsi aparılıb, yaradıcı yanaşmalar və innovativ təşəbbüslər müzakirə olunub. Tədbirin sonunda iştirakçılar komandalara bölünərək müxtəlif layihələr hazırlayıblar. Münsiflər heyəti tərəfindən ən yaxşı layihəni təqdim edən komanda sertifikat və hədiyyələrlə mükafatlandırılıb. Bununla yanaşı, ən yaxşı nitq bacarığı nümayiş etdirən iştirakçı xüsusi natiqlik sertifikatı ilə təltif olunub. Gənclər tərəfindən maraqla qarşılanan tədbir onların bilik və bacarıqlarının inkişafına, sosial aktivliyinin artırılmasına və yaradıcı potensiallarının üzə çıxarılmasına mühüm töhfə verib.