Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lənkəran kitabxanasında şəhid övladlarına həsr olunmuş bayram görüşü

02.06.2026

Lənkəran rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid övladları ilə görüş keçirilib. Görüşdə çıxış edən kitabxananın direktor vəzifəsini m.i.e. Arzuyə Rufullayeva şəhid övladlarını bayram münasibətilə təbrik edərək onlara xoşbəxt gələcək, uğurlu həyat və yüksək nailiyyətlər arzulayıb. A.Rufullayeva bildirib ki, Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin bizə əmanət qoyduğu övladlara diqqət və qayğı göstərmək hər birimizin mənəvi borcudur. O, qeyd edib ki, şəhidlərimizin müqəddəs xatirəsi xalqımızın qəlbində daim yaşayır. Onların bizə əmanəti olan övladlarımızın sevinci, uğuru və gələcəyi hər zaman diqqət mərkəzindədir. Görüş zamanı uşaqlarla səmimi söhbətlər aparılıb, onların asudə vaxtının səmərəli və maraqlı keçməsi üçün şərait yaradılıb. Bayram münasibətilə onlara müxtəlif hədiyyələr təqdim olunub.