02.06.2026
Masallı Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Şəkər Bala körpələr evi-uşaq bağçası və Hişkədərə kənd uşaq bağçasında tədbir keçirilib. Muzeyin əməkdaşı Nazənin Heydərzadə uşaqlarla görüşərək onlarla səmimi söhbətlər aparıb, müxtəlif oyunlar və əyləncəli fəaliyyətlər təşkil edib. Bayram ab-havasında keçən görüşlər uşaqlar tərəfindən böyük maraqla qarşılanıb. Tədbirin əsas məqsədi uşaqlara diqqət və qayğının artırılması, onların asudə vaxtının səmərəli təşkili, eləcə də milli-mənəvi dəyərlərə marağın aşılanması olub. Sonda uşaqlar bayram münasibətilə təbrik edilib, onlara xoş arzular çatdırılıb. Balaca fidanların üzündəki sevinc və təbəssüm tədbirin ən yaddaqalan nəticəsi kimi qeyd olunub.