22.05.2026
Mayın 19-da Masallı rayon Mərkəzi Kitabxanası və YAP Masallı rayon təşkilatının birgə təşkilatçılığı ilə 28 May – Müstəqillik Günü münasibətilə kitab sərgisi keçirilib. Kitabxananın həyətində, açıq hava şəraitində təşkil olunan sərgi xüsusi bir mühit yaradıb. Kitabların zəngin dünyası açıq havada nümayiş etdirilərək iştirakçılara həm maarifləndirici, həm də maraqlı bir baxış imkanı təqdim edib. Sərgi çərçivəsində müstəqillik tariximizə həsr olunmuş kitablar və müxtəlif nəşrlər nümayiş etdirilib. İştirakçılar sərgi ilə yaxından tanış olub, təqdim olunan ədəbiyyat nümunələrinə böyük maraq göstəriblər. Tədbir zamanı oxucular və rayon sakinləri maraq dairələrinə uyğun kitablara abunə yazılıblar.