Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sağlam ailə mövzusunda maarifləndirici görüş təşkil olunub

16.05.2026

Mayın 15-də Astara rayon Heydər Əliyev Mərkəzində Beynəlxalq Ailə Günü ilə əlaqədar “Sağlam ailə sağlam gələcəyin təminatıdır” mövzusunda tədbir keçirilib. Tədbirdə Astara rayon D.Əsədov adına Şahağacı kənd 2 nömrəli tam orta məktəbin və Astara rayon M. Abiyev adına Vaqo kənd tam orta ümumtəhsil məktəbinin müəllim və şagirdləri iştirak ediblər. Tədbiri açan Mərkəzin direktoru Kübra Səmədova çıxışında 15 May – Beynəlxalq Ailə Gününün mahiyyətindən bəhs edərək, bu tarixin ailə dəyərlərinin qorunması və təbliği baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, sağlam ailə mühitinin formalaşması cəmiyyətin inkişafının əsas şərtlərindən biridir və bu istiqamətdə aparılan maarifləndirmə işləri xüsusi önəm kəsb edir. Çıxışda həmçinin milli-mənəvi dəyərlərin qorunması, ailədə qarşılıqlı hörmət və məsuliyyət hissinin aşılanması, uşaqlara göstərilən diqqət və qayğının gələcək nəslin düzgün formalaşmasında mühüm rol oynadığı vurğulanıb. Daha sonra digər çıxışlar dinlənilib və mövzu ilə bağlı videoçarx nümayiş olunub.