Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ədəbi müzakirə və yaradıcılıq görüşü keçirilib

16.05.2026

Lənkəran şəhər V. Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyində Lənkəran rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və Azərbaycan Yazıçılar Birliyi Lənkəran Bölməsinin birgə təşkilatçılığı ilə şair və yazıçılarla görüş keçirilib. Tədbirdə ziyalılar, məktəblilər, gənclər və digər qonaqlar iştirak ediblər. Çıxışlarda bu cür görüşlərin gənclərin dünyagörüşünün formalaşmasına, ədəbiyyata və mütaliəyə marağın artırılmasına müsbət təsir göstərdiyi vurğulanıb. Bildirilib ki, yaradıcı insanlarla ünsiyyət məktəblilərin bədii təfəkkürünün inkişafında mühüm rol oynayır. Görüş zamanı şair və yazıçılar öz yaradıcılıqlarından nümunələr səsləndirib, müəllifi olduqları kitabları məktəbə hədiyyə ediblər. Tədbir çərçivəsində şagirdləri maraqlandıran suallar cavablandırılıb, ədəbiyyat və yaradıcılıq mövzusunda fikir mübadiləsi aparılıb. Sonda xatirə şəkli çəkdirilib.