16.05.2026
Mayın 14-də Cəlilabad Rayon İcra Hakimiyyəti, Cəlilabad rayon Heydər Əliyev Mərkəzi, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi, Lənkəran-Astara Regional Təhsil İdarəsi və DQİDK Lənkəran Regional bölməsinin birgə təşkilatçılığı ilə R. Abdullayev adına Cəlilabad şəhər 2 nömrəli tam orta məktəbdə “Sağlam gənclik naminə: erkən nikaha və narkomaniyaya yox deyək” mövzusunda yeniyetmə və gənclərlə görüş keçirilib. Tədbirin əsas məqsədi gənclərə erkən nikahın və narkomaniyanın zərərləri barədə məlumat vermək, sağlam həyat tərzini təbliğ etmək, həmçinin onların idmana, təhsilə və düzgün həyat dəyərlərinə yönləndirilməsinə dəstək göstərmək olub. Çıxışlar zamanı erkən nikahın gənclərin təhsil və inkişafına mənfi təsirləri, narkomaniyanın isə insan sağlamlığı və cəmiyyət üçün yaratdığı ciddi fəsadlar barədə ətraflı məlumat verilib. Bildirilib ki, sağlam gənclik cəmiyyətin gələcəyi üçün əsas amillərdən biridir. Sonda mövzu ilə əlaqədar hazırlanmış videoçarx nümayiş olunub.