16.05.2026
Mayın 15-də Astara rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsində Beynəlxalq Ailə Günü münasibətilə “Ailə səadətin başlanğıcıdır” mövzusunda tədbir keçirilib. Tədbirdə Astara şəhər Z.Bünyadov adına 2 nömrəli tam orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər. Çıxış edən Uşaq şöbəsinin müdiri Gülüstan Dadaşova ailənin cəmiyyətin əsas dayaqlarından biri olduğunu vurğulayaraq, uşaqların sağlam düşüncəli, vətənpərvər və milli-mənəvi dəyərlərə bağlı şəkildə formalaşmasında ailənin mühüm rolundan danışıb. O, ailə mühitinin uşaqların dünyagörüşünün formalaşmasına və mənəvi inkişafına böyük təsir göstərdiyini diqqətə çatdırıb. Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.