Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda seminar-müşavirə keçirilib

06.04.2026

Aprelin 6-da Yardımlı rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşlarının iştirakı ilə seminar-müşavirə keçirilib. Çıxış edən Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəhbərliyi fəaliyyətin təşkili, qarşıda duran vəzifələr və prioritet istiqamətlər barədə məlumat verib, mədəniyyət sahəsində həyata keçirilən tədbirlər və əsas hədəflər diqqətə çatdırılıb. Vurğulanıb ki, mədəniyyət müəssisələrinin fəaliyyətinin daha yaxşı təşkili, işlərin səmərəli və planlı şəkildə aparılması və göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində məqsədyönlü addımlar atılması xüsusi əhəmiyyət daşıyır. Seminar çərçivəsində müvafiq məsələlər müzakirə olunub və aidiyyəti üzrə tapşırıqlar verilib.