Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Zəfər ruhlu qəhrəmanlar” layihəsi çərçivəsində tədbir keçirilib.

04.04.2026

Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Regional Kollecin birgə təşkilatçılığı ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş “Zəfər ruhlu qəhrəmanlar” layihəsi çərçivəsində tədbir keçirilib. Tədbirdə mədəniyyət işçiləri, kollecin kollektivi, şəhid ailələri və qazilər iştirak ediblər. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətənin bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edənlər 2016-cı ilin Aprel döyüşlərinin Azərbaycan Ordusunun gücünü, xalqın birliyini və vətənə bağlılığını nümayiş etdirdiyini vurğulayıblar. Qeyd olunub ki, bu tarixi hadisə ölkəmizin şanlı salnaməsində mühüm yer tutur. Tədbir çərçivəsində şəhidlərin xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Şəhid ailələri övladlarının qəhrəmanlığından qürurla bəhs edərək, xalqın həmrəyliyinin əhəmiyyətini diqqətə çatdırıblar. Sonda tələbələrin ifasında bədii kompozisiya təqdim olunub.