Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

2 Aprel – Beynəlxalq Uşaq Kitabı Günü

02.04.2026

Masallı rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə 2 Aprel – Beynəlxalq Uşaq Kitabı Günü” münasibətilə kitab sərgisi təşkil olunub. Sərgidə “Nağıllara səyahət”, “Uşaqlar bizim gələcəyimizdir”, “Nənə, mənə nağıl danış”, “Göydən üç alma düşdü”, “Uşaqların sevimli kitab dünyası” başlıqları altında Azərbaycan və dünya uşaq ədəbiyyatının maraqlı nümunələri nümayiş etdirilib. Masallı şəhər 3 saylı uşaq bağçasının fidanları sərgini ziyarət edərək bir-birindən maraqlı kitablarla tanış olublar. Həmçinin kitabxananın Uşaq şöbəsinin əməkdaşları tərəfindən oxuculara Beynəlxalq Uşaq Kitabı Günü haqqında məlumat verilib. Sərgi gün ərzində davam edib.