Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Aprel döyüşlərindən böyük Zəfərə” mövzusunda sərgi və tədbir keçirilib

02.04.2026

Astara rayon Heydər Əliyev Mərkəzi, YAP Astara rayon təşkilatı və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Astara rayonu üzrə sektorunun birgə təşkilatçılığı ilə “Aprel döyüşlərindən böyük Zəfərə” mövzusunda sərgi və tədbir keçirilib Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Giriş nitqi ilə çıxış edən Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova Aprel döyüşlərinin ölkəmizin hərbi salnaməsində xüsusi yer tutduğunu vurğulayıb. O bildirib ki, qısa müddət ərzində əldə olunan uğurlar ordumuzun peşəkarlığını və vətənpərvər ruhunu aydın şəkildə nümayiş etdirib. Qeyd olunub ki, həmin döyüşlərdə qazanılan nailiyyətlər ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində atılmış əhəmiyyətli addımlardan biri kimi yadda qalıb. Daha sonra mövzu ilə bağlı digər iştirakçıların çıxışları dinlənilib, videoçarx nümayiş etdirilib. Sonda tədbir iştirakçıları rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.