Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İlaxır çərşənbə münasibətilə bayram tədbiri keçirilib.

17.03.2026

Lerik rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə V. İbrahimov adına Lerik şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın 1 “b” sinif şagirdlərinin iştirakı ilə İlaxır çərşənbə münasibətilə bayram tədbiri keçirilib.Tədbirdən öncə şagirdlər üçün mərkəzdə ekskursiya təşkil olunub və onlara Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən ekspozisiyalar haqqında məlumat verilib. Daha sonra şagirdlər İlaxır çərşənbənin adət-ənənələrini əks etdirən səhnəciklər nümayiş etdirib, milli rəqslər və maraqlı çıxışlarla bayram əhval-ruhiyyəsi yaradıb. Tədbirin sonunda uşaqlara bayram münasibətilə hədiyyələr təqdim olunub.