30.01.2026
Yanvarın 30-da Masallı şəhər Onbirillik İncəsənət Məktəbində 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Neftçala şəhər Camal İsmayılov adına Uşaq İncəsənət Məktəbinin kollektivi də iştirak edib. Görüş zamanı hər iki məktəbin şagird və müəllimləri milli və xarici bəstəkarların əsərlərindən ibarət maraqlı musiqi proqramını təqdim ediblər. Müxtəlif janrlarda ifalar səsləndirilib və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Sonda Masallı və Neftçala İncəsənət Məktəblərinin direktorları Fərhad Qurbanov və İlqar Rəhimov belə görüşlərin şagirdlərin yaradıcılıq potensialının inkişafında, təcrübə mübadiləsində və məktəblərarası əməkdaşlığın güclənməsində mühüm rol oynadığını vurğulayıblar. Tədbir xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.