Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda kitabxana əməkdaşının 65 illik yubileyi qeyd olunub

31.01.2026

Yanvarın 30-da Masallı rayon Mərkəzi Kitabxananın əməkdaşı Şəmsurə Nəsirovanın 65 illik yubileyi münasibətilə görüş keçirilib. Masallı rayon Mərkəzi Kitabxanasında keçirilən görüşdə kitabxananın direktoru Zamin Məmmədov yubilyara ən xoş arzularını çatdıraraq, kitabxana sahəsindəki zəngin fəaliyyəti və xidmətlərini yüksək qiymətləndirib. Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Masallı Rayon Komitəsinin sədri Vəkil İsmayılov və əməkdaşlar yubilyarı səmimi-qəlbdən təbrik edib, ona uzun ömür və cansağlığı arzulayıblar. Görüş zamanı Şəmsurə Nəsirovaya “Fəxri Fərman”, "Təşəkkürnamə" və xatirə hədiyyələri təqdim olunub. Sonda Ş.Nəsirova ona göstərilən diqqət və qayğıya görə iştirakçılara təşəkkürünü bildirib.