31.01.2026
Yanvarın 30-da Lerik rayon Mədəniyyət Mərkəzi, Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə 2 Fevral-Azərbaycan Gəncləri Gününə həsr olunmuş gənclər arasında stolüstü tennis turniri keçirilib. Lerik rayon Mədəniyyət Mərkəzində keçirilən turnirdə 14 həvəskar tennisçi iştirak edib. Yekunda qaliblərə diplom və medallar təqdim olunub.