Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib

31.01.2026

Yanvarın 30-da Masallı mədəniyyət müəssisələri, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı bölməsinin təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Çıxış edənlər gəncləri bayram münasibətilə təbrik edərək, onların ölkənin ictimai-siyasi və mədəni həyatındakı rolundan bəhs ediblər. Qeyd olunub ki, gənclərə göstərilən dövlət qayğısı onların bilik və bacarıqlarının inkişafına geniş imkanlar yaradır.

Tədbir çərçivəsində fəal gənclərə "Fəxri Fərman" və "Təşəkkürnamə"lər təqdim olunub. Sonda xatirə şəkilləri çəkilib və iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.