02.02.2026
Lənkəran Mərkəzi Kitabxanasında 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Gənclərimiz gələcəyimizdir” adlı tədbir təşkil edilib.Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Kitabxananın direktor vəzifəsini müvəqqəti icra edən Arzuyə Rufullayeva gəncləri əlamətdar gün münasibətilə təbrik edərək, onların ölkənin sosial və mədəni həyatında fəal iştirak etdiklərini vurğulayıb. Daha sonra digər iştirakçıların çıxışlarında, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin bu gün uğurla davam etdirildiyi qeyd olunub. Bildirilib ki, Azərbaycan gəncləri elm, mədəniyyət, idman və ictimai fəaliyyət sahələrində qazandıqları uğurlarla ölkəmizi layiqincə təmsil edirlər. Tədbirin bədii hissəsində musiqi nömrələri təqdim edilib, sonda isə fəal gənclər təşəkkürnamə ilə təltif olunublar.