Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” mövzusunda ekskursiya təşkil edilib

02.02.2026

2 Fevral — Azərbaycan Gəncləri Günü münasibətilə Lerik rayon Heydər Əliyev Mərkəzinə "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda ekskursiya təşkil edilib. Ekskursiyada Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin Lerik korpusunun tələbələri iştirak ediblər. Ekskursiya zamanı gənclərə Ümummilli Lider Heydər Əliyevin zəngin həyat yolu, çoxşaxəli dövlətçilik fəaliyyəti, azərbaycançılıq məfkurəsi və gənclərə göstərdiyi xüsusi diqqət və qayğı barədə dolğun məlumat verilib. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət gənclər siyasəti bu gün də uğurla davam etdirilir.