Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

2 Fevral – Gənclər Günü münasibətilə tədbir keçirilib

03.02.2026

Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin, Lənkəran Peşə Liseyinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran–Astara regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə Lənkəran şəhər Heydər Əliyev Mərkəzində 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdən öncə Mərkəzin foyesində Lənkəran Peşə Liseyinin tələbələri tərəfindən hazırlanmış əl işlərdən ibarət sərgi təşkil olunub. Sərgidə rəsm, dərzilik, toxuculuq, aşpazlıq və s. ixtisaslara aid iş nümunələri nümayiş etdirilib, qonaqlara tələbələrin yaradıcılıq bacarıqları və peşə vərdişləri barədə ətraflı məlumat verilib.

Sonra tədbir Mərkəzin akt zalında davam edib.

Giriş sözü ilə çıxış edən Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova Ulu Öndər Heydər Əliyevin gənclərin təhsilinə və inkişafına göstərdiyi diqqət və qayğıdan, gənclərin cəmiyyətin inkişafında mühüm rolundan, onların bilikli, vətənpərvər və fəal ruhda formalaşdırılmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olmasından bəhs edib. Lənkəran Peşə Liseyinin direktoru Afər Kərimov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran–Astara Regional nümayəndəliyinin rəhbəri Famil Məmmədov, AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin direktor vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən, tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyev çıxış edərək gənclərin təhsili, peşə hazırlığı, elmi və ictimai fəallığının artırılmasının əhəmiyyətindən danışıblar. Tədbirin bədii hissəsində rəngarəng musiqi nömrələri təqdim olunub. Sonda fəallığı ilə seçilən bir qrup gənc Fəxri fərmanlarla təltif olunub, tədbir xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.