Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lənkəran Reabilitasiya Mərkəzində kitab sərgisi keçirilib

04.02.2026

Lənkəran rayon Mərkəzi Kitabxanasının Xidmət şöbəsinin əməkdaşları Lənkəran şəhərində yerləşən Əlillərin Reabilitasiya Mərkəzində kitab sərgisi təşkil ediblər. Tədbirin əsas məqsədi reabilitasiya mərkəzində müalicə alan şəxslərin asudə vaxtının səmərəli təşkili və onların kitaba marağının artırılması olub. Sərgidə müxtəlif mövzuları əhatə edən bədii və elmi-kütləvi ədəbiyyat nümunələri nümayiş etdirilib, iştirakçılara kitablar haqqında ətraflı məlumat verilib.