Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Yol hərəkəti qaydalarını birlikdə öyrənək” mövzusunda maarifləndirici tədbir keçirilib

04.02.2026

Astara rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsində “Yol hərəkəti qaydalarını birlikdə öyrənək” mövzusunda maarifləndirici tədbir təşkil olunub. Tədbirdə Astara şəhəri M.Ə. Sabir adına 1 saylı orta məktəbinin şagirdləri iştirak ediblər. Astara Rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşları yol hərəkəti qaydaları, piyada və sərnişinlərin təhlükəsizliyi barədə şagirdlərə ətraflı məlumat veriblər. Qeyd olunub ki, tədbirin əsas məqsədi şagirdlərin yol hərəkəti təhlükəsizliyi ilə bağlı biliklərini artırmaq və onları daha məsuliyyətli davranmağa təşviq etməkdir. Tədbir çərçivəsində videoçarx nümayiş etdirilib, sonda isə şagirdləri maraqlandıran suallar cavablandırılıb.