04.02.2026
Fevralın 4-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin irsinin təbliği məqsədilə “Gəncliyin himayədarı” adlı tədbir keçirilib. Mərkəzin direktor vəzifəsini müvəqqəti icra edən Zeynəb Məmişzadə Heydər Əliyevin gənclərin inkişafına göstərdiyi diqqət və dəstəyin önəmini geniş şəkildə şagirdlərin diqqətinə çatdırıb. Tədbir çərçivəsində “Dahi şəxsiyyət” sənədli filmi nümayiş etdirilib, həmçinin iştirakçılar Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.