Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Narkomaniyaya qarşı mübarizə və sağlam həyat tərzi”mövzusunda maarifləndirici seminar keçirilib

04.02.2026

Fevralın 4-də Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliiyyət göstərən Masallı rayonu üzrə mədəniyyət müəssisələri, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı bölməsi və Yetkinlik yaşına çatmayanların işləri üzrə Masallı Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə R. Əlihəsənov adına Masallı şəhər 1 saylı tam orta məktəbində “Narkomaniyaya qarşı mübarizə və sağlam həyat tərzi”mövzusunda maarifləndirici seminar təşkil olunub. Əsas məqsəd gənclər və yeniyetmələr arasında narkomaniyanın fəsadları barədə məlumatlılığın artırılması, zərərli vərdişlərə qarşı mübarizənin gücləndirilməsi və sağlam həyat tərzinin təbliği olub. Seminarda narkomaniyanın insan sağlamlığına, psixoloji vəziyyətinə və sosial həyatına vurduğu mənfi təsirlərdən bəhs edib, gəncləri bu kimi təhlükəli vərdişlərdən uzaq durmağa çağırıblar. Həmçinin sağlam həyat tərzinin əsas prinsipləri, idmanın və düzgün qidalanmanın əhəmiyyəti barədə ətraflı məlumat verilib. Şagirdlər ilə mövzu ətrafında fəal müzakirələr aparılıb,onları maraqlandıran suallar cavablandırılıb. Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb və maarifləndirici baxımdan yüksək qiymətləndirilib.