05.02.2026
Lerik rayon Mərkəzi Kitabxanası şəhər 3 nömrəli tam orta məktəbdə “Şəhərsalma və Memarlıq İli” ilə bağlı maarifləndirici tədbir keçirib. Şagirdlərə şəhərsalma və memarlığın ölkənin inkişafındakı rolu, şəhərsalma sahəsində yeniliklər və tarixi-memarlıq irsinin qorunmasının önəmi barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, abadlıq və yenidənqurma işləri bu sahəyə verilən önəmin göstəricisidir. Tədbir gənclərdə estetik zövqün formalaşması və sağlam yaşayış mühitinə məsuliyyət hissinin artırılmasına yönəlib