Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Astarada Yeni il şənliyi keçirilib

29.12.2025

Astara rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsinin və Astara şəhər Z.Bünyadov adına 2 saylı orta məktəbin birgə təşkilatçılığı ilə Yeni il şənliyi keçirilib. Tədbirdə Astara rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsinin əməkdaşları, Astara şəhər Z.Bünyadov adına 2 saylı orta məktəbin IV ç sinif rəhbəri Aysel Səmədova, şagirdlər və şəhid ailələri iştirak ediblər. Mərkəzi Kitabxananın Uşaq şöbəsinin müdiri Gülüstan Dadaşova, əməkdaşları və şəhid ailələri çıxışlarında Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibətlə təbrik edib, Yeni il arzularını çatdırıblar. Sonra "Şar şou", "Panda şou” və başqa nümayiş olunan rəngarəng proqramlar uşaqların böyük marağına səbəb olub. Tədbirdə Şaxta baba və Qar qızla birlikdə yolka ətrafında rəqs ediblər. Uşaqlar şeirlər, mahnılar səsləndirib şənlənərək şəkillər çəkdiriblər. Şənliyin sonunda Şaxta baba uşaqlara hədiyyələr təqdim edib.