Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı şəhər 4 saylı uşaq bağçasında “Nağıl saatı” təşkil olunub

19.12.2025

Masallı rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin təşkilatçılığı ilə şəhər 4 saylı uşaq bağçasında “Nağıl saatı” təşkil olunub.Tədbir zamanı Uşaq şöbəsinin müdiri Günəş Ağayeva balacalara “Ayının dostluğu” adlı nağıl səsləndirmiş, nağıl vasitəsilə dostluq, mərhəmət, mehribanlıq kimi mənəvi dəyərlər uşaqlara aşılanıb. "Nağıl saatı" uşaqların böyük marağı ilə qarşılanıb, onların mütaliəyə və kitaba olan sevgisinin formalaşmasına töhfə verib.