17.12.2025
Astara Tarix-Diyarşünaslıq Muzeyində insan alverinə qarşı mübarizə ilə əlaqədar “İnsan alverinin fəsadları və onun qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirilib.Tədbirdə Astara rayon C.Cabbarlı adına Kakalos kənd tam orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər. Muzeyin direktor əvəzi Çiçək Axundova və digər iştirakçılar insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətini qeyd ediblər, həmçinin, insan alveri anlayışı, onun formaları, uşaqlara qarşı insan alverinin xüsusiyyətləri barədə ətraflı məlumat veriblər.
Məruzələrdən sonra şagirdləri maraqlandıran suallar cavablandırılıb.