12.12.2025
Astara rayon Mərkəzi kitabxananın Oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə Oxu zalında 12 Dekabr – Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq "Vətənə, xalqa həsr edilmiş ömür" mövzusunda tədbir keçirilib.
Tədbirdə kitabxananın əməkdaşları, Astara şəhər M.Ə.Sabir adına 1 saylı orta məktəbin müəllimi və şagirdləri iştirak ediblər. Kitabxananın metodika və biblioqrafiya şöbəsinin müdiri Nərgiz Məhərrəmova və digər iştirakçılar qeyd ediblər ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixində silinməz iz qoymuş, xalqımızın tərəqqisi və müstəqilliyi yolunda misilsiz xidmətlər göstərmiş böyük şəxsiyyətdir. Onun müdrik rəhbərliyi və sarsılmaz iradəsi ölkəmizin gələcəyini formalaşdırdı. Heydər Əliyevin ideyaları və dəyərləri hər zaman bizim üçün örnək olacaq. Yekunda şagirdlərin ifasında şeirlər səsləndirilib.