12.12.2025
Dekabrın 12-də Lənkəran – Astara Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi – Cəlilabad rayonu üzrə nümayəndə Fuad Əzizov və Cəlilabad rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar abidəsini ziyarət ediblər. Mədəniyyət nümayəndələri abidə önünə gül dəstələri düzərək, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.