11.12.2025
Dekabrın 11-də Lənkəran–Astara Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Lerik rayon Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Şahmar oğlu Abbasovla 65 illik yubileyi münasibətilə görüş keçirilib. Görüş zamanı Lənkəran – Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov yubilyarı təbrik edərək ona möhkəm can sağlığı, uzun ömür və xoşbəxtlik arzulayıb. O, H. Abbasovun mədəni irsinin qorunması və təbliğindəki xidmətlərinidən geniş bəhs edib. Sonra mədəniyyət sahəsində uzunmüddətli səmərəli əmək fəaliyyətinə görə, həmçinin 65 illik yubileyi münasibətilə Hüsaməddin Şahmar oğlu Abbasov Lənkəran–Astara Regional Mədəniyyət İdarəsinin “Fəxri Fərman”ı ilə təltif olunub.