Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Müstəqilliyin memarına ehtiram” adlı ədəbi-bədii tədbir keçirilib

11.12.2025

Dekabrın 10-da Lənkəran – Astara Regional Mədəniyyət İdarəsinin və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə 12 Dekabr – Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Müstəqilliyin memarına ehtiram” adlı ədəbi-bədii tədbir keçirilib. N. Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində təşkil edilən tədbirdə rayon ziyalıları, mədəniyyət işçiləri və tələbələr iştirak ediblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edən Lənkəran – Astara Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi (Masallı rayonu üzrə nümayəndə) Salman Yunusov və YAP-ın Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev və digər iştirakçılar Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki müstəsna xidmətlərindən geniş bəhs ediblər. Qeyd olunub ki, Heydər Əliyev Azərbaycan xalqının həyatında dönüş yaradan lider kimi tarixə düşüb. Ulu Öndərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayaraq, ölkəmizin hərtərəfli inkişafının bu kursun nəticəsi olduğunu bildiriblər. Sonra Heydər Əliyevin həyat və fəaliyyəti barədə hazırlanmış videoçarx nümayiş olunub. Kollecin tələbələrinin təqdim etdiyi şeirlər və bədii kompozisiyalar mərasimə ədəbi ahəng qatıb. Tədbir Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə dərin hörmət və minnətdarlıq duyğuları ilə yekunlaşıb.