09.12.2025
Dekabrın 8-də Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin və Lənkəran şəhər S.Kazımbəyov adına 6 nömrəli tam orta məktəb-liseyinin birgə təşkilatçılığı ilə 12 Dekabr – Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Heydər Əliyev irsinin əbədiliyi” adlı açıq tarix dərsi keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Lənkəran şəhər 6 nömrəli məktəb-liseyin tarix müəllimi Zamin Baxşıyev müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında və dünyaya tanıdılmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışaraq və onun siyasi irsinin bu gün də ölkəmiz üçün əhəmiyyətindən geniş bəhs edib danışıb. Sonra məktəblilər suallar ünvanlandıraraq, mövzu ilə bağlı çıxış ediblər. Tədbirin davamında iştirakçılar muzey ekspozisiyası ilə tanış olaraq Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlara baxış keçiriblər.