08.12.2025
Dekabrın 8-də Yardımlı rayon S.N.Abıyev adına Köryədi kənd orta məktəbinin şagirdləri 12 Dekabr – Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Yardımlı rayon Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər. Mərkəzin əməkdaşı Zamin Xuduzadə ekskursiya zamanı Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında bəhs edərək, mərkəzdə mövcud olan sərgi və eksponatlar barədə şagirdlərə ətraflı məlumat verib.