
29.12.2025
Dekabrın 29-da Lerik rayon Heydər Əliyev Mərkəzində mədəniyyət müəssisələrinin təşkilatçılığı ilə ilin yekunlarına dair dəyirmi masa təşkil edilib. İl ərzində görülən işlər, həyata keçirilən tədbirlər və qazanılan nailiyyətlər barədə ətraflı məlumat verilib. Eyni zamanda mədəniyyət müəssisələrinin fəaliyyəti, qarşıda duran vəzifələr və perspektiv planlar müzakirə olunub. İştirakçılar mədəniyyət sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayaraq, təklif və tövsiyələr səsləndiriblər.