
19.02.2026
Fevralın 18-də Masallı Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları tərəfindən 21 Fevral – Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Dil, tarix, mədəniyyət və yaddaş” adlı tarix dərsi təşkil edilib. Dərs şəhid İntiqam Əsgərli adına 3 saylı şəhər məktəbində keçirilib. Muzeyin kiçik elmi işçisi Nazənin Heydərzadə mövzu ilə bağlı çıxış edərək ana dilinin zənginliyi, qorunmasının vacibliyi və gələcək nəsillərə ötürülməsinin əhəmiyyətindən bəhs edib. Qeyd olunub ki, ana dilinin qorunması xalqın tarixi yaddaşının, milli kimliyinin və mədəni irsinin formalaşmasında mühüm rol oynayır. Tədbir şagirdlərin fəal iştirakı və mövzu ətrafında aparılan müzakirələrlə yadda qalıb.