
18.02.2026
Astara rayon Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsinin əməkdaşları Nəriman Həsənzadənin 95 illiyi münasibətilə Astara şəhər M.Ə.Sabir adına 1 saylı tam orta məktəbdə maarifləndirici tədbir keçiriblər. Tədbirdə şagirdlərə şairin həyat və yaradıcılığı barədə ətraflı məlumat verilib, vətənpərvərlik mövzusunda yazdığı şeirlərdən nümunələr səsləndirilib. Həmçinin ədəbi irs ətrafında müzakirələr aparılıb, kitab mütaliəsinin əhəmiyyəti vurğulanıb.