Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Astarada “İnsan hüquqları sülhün və ədalətin təməlidir” mövzusunda maarifləndirici tədbir keçirilib

17.06.2026

İyunun 16-da Astara Rayon Polis Şöbəsi və Astara rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə “İnsan hüquqları aylığı” çərçivəsində adıçəkilən kitabxanada “İnsan hüquqları sülhün və ədalətin təməlidir” mövzusunda maarifləndirici tədbir keçirilib.Tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, kitabxana işçiləri və oxucular iştirak ediblər. Çıxışlarda insan hüquqlarının qorunmasının vacibliyi vurğulanıb, bərabərlik, ədalət və tolerantlıq dəyərlərinin təşviqinin əhəmiyyətindən ətraflı bəhs olunub. Qeyd edilib ki, insan hüquqlarına hörmət sülhün, sabitliyin və demokratik cəmiyyətin formalaşmasının əsas şərtlərindən biridir. Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, insan hüquqları ilə bağlı müxtəlif suallar cavablandırılıb.