Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib

16.04.2026

Lerik rayon Mərkəzi Kitabxanasının Oxuculara Xidmət şöbəsinin təşkilatçılığı ilə Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbirdə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin Lerik korpusunun müəllim və tələbələri iştirak ediblər. Görüş zamanı kitabxana əməkdaşı yazıçının həyat yolu, zəngin yaradıcılığı, Azərbaycan ədəbiyyatındakı xüsusi yeri və əsərlərinin milli-mənəvi dəyərlərin təbliğindəki rolu barədə ətraflı məlumat verib. İştirakçılar Yusif Səmədoğlunun əsərləri ətrafında fikir mübadiləsi aparıb, onun ədəbi irsi və yaradıcılıq xüsusiyyətlərini müzakirə ediblər. Tədbirin məqsədi müxtəlif yaş qruplarından olan oxucular arasında mütaliə mədəniyyətini təşviq etmək, milli ədəbiyyata marağı artırmaq və görkəmli yazıçının yaradıcılığını daha yaxından tanıtmaq olub.