Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Masallı Tarix-Diyarşünaslıq Muzeyində Muzeyin Fond Satınalma Komissiyası və Muzey Şurasının (məşvərətçi qurum) ilin son iclası keçirilib.

26.12.2025

İclasda Fond Satınalma Komissiyası və Muzey Şurasının əsasnaməsinə uyğun olaraq məsələlər müzakirəyə çıxarılıb. 2025-ci il ərzində muzeyin həyata keçirdiyi tədbirlər, görülən işlər və əldə olunan nəticələr haqqında bəhs edilib. Eyni zamanda son aylarda muzeyə toplanan əşyalar, onların ədəbi, elmi və maddi mədəniyyət nümunələri kimi xarakteri barədə ətraflı məlumat təqdim edilib. Sonra müvafiq qaydalara əsasən yekun Qərar qəbul edilib.