Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər

“Etibarlı idarəetmə – dövlət orqanları və cəmiyyət institutları arasında əməkdaşlığın gücləndirilməsi” mövzusunda seminar keçirilib

15.04.2026

Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində “Etibarlı idarəetmə – dövlət orqanları və cəmiyyət institutları arasında əməkdaşlığın gücləndirilməsi” mövzusunda seminar keçirilib. Seminar Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Masallı rayon üzrə mədəniyyət müəssisələri və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı, Masallı rayon Prokurorluğunun dəstəyi ilə baş tutub. Tədbirdə aidiyyəti qurumların əməkdaşları, mədəniyyət işçiləri və tələbələr iştirak ediblər. Tədbirin açılışında seminarın məqsəd və əhəmiyyəti barədə məlumat verilib, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinin vacibliyi vurğulanıb. Çıxışlarda mövzu ilə bağlı geniş məruzələr təqdim olunub, dövlət orqanları ilə cəmiyyət institutları arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti qeyd edilib. Seminar iştirakçıların mövzu ətrafında fikir mübadiləsi aparması ilə davam edib.