
14.02.2026
Astara rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsində 14 Fevral – Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Z.Bünyadov adına 2 saylı orta məktəbin şagirdləri iştirak ediblər. Uşaq şöbəsinin müdiri Gülüstan Dadaşova çıxış edərək bildirib ki, 14 Fevral – Kitab Bağışlama Günü dünyada sevgi və bilik paylaşımını təcəssüm etdirən xüsusi gündür. Qeyd olunub ki, bu tarix insanları bir-birinə kitab hədiyyə etməyə, mütaliəyə marağı artırmağa və cəmiyyətin maariflənməsinə töhfə verməyə çağırır.Tədbirin sonunda ən fəal oxuculara kitab bağışlanıb.